"Təbiət sənin gözündə” adlı yeni foto müsabiqəyə start verilir!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 02 mart 2023-cü il tarixindən etibarən yeni foto müsabiqələrǝ start verilir. Belə ki, hər müsabiqə bir mövzuya həsr olunacaq, ən yaradıcı və daha çox diqqətçəkən fotolar səsverməyə qoyulacaq.
İlk müsabiqə 22 mart - Dünya Su Günü ilə əlaqədar "Su mənbələri sənin gözündə" mövzusuna həsr olunub.
Müsabiqədə iştirak üçün şərtlər aşağıdakı kimidir:
Müsabiqədə iştirak üçün fotoların qəbulu: 02 mart-19 mart 2023-cü il
Müsabiqədə fotoların səsvermə müddəti: 19 mart-22 mart 2023-cü il
Müsabiqədə iştirak edəcək fotoların təsviri: dəniz, buzlaq, çay, göl, şəlalə və su hövzələri ilə bağlı digər fotolar;
Fotolar Azərbaycan təbiətinə məxsus olmalı, çəkilən ərazinin adı email-də qeyd olunmalıdır;
Müsabiqədə hər bir iştirakçı yalnız bir fotoşəkillə iştirak edə bilər;
Müsabiqəyə təqdim olunan fotolar müəllif tərəfindən şəxsən lentə alınmalı, orijinal olmalıdır;
Fotoşəklin plagiat olduğu müəyyən olunduğu təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq;
Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazılan (ad, simvol, logo) olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur;
Fotoşəkillər aydın, keyfiyyətli formatda çəkilməlidir.
Şəkillər [email protected] elektron ünvanına göndərilməlidir. Fotoları göndərərkən e-maildə iştirakçının ad- soyadının, əlaqə nömrəsinin qeyd edilməsi mütləqdir.
Müsabiqənin qiymətləndirilməsi və mükafatlandırılması:
Sasvermədə qalib olan ilk 3 yerin sahibi aşağıdakı kimi mükafatlandırılacaq:
I yer - 500 AZN
II yer-300 AZN
III yer 200 AZN
Müsabiqə ilə bağlı suallarınızı qeyd olunan email ünvanına yaza bilərsiniz:
E-mail: [email protected]