technest-teqaud-proqrami-cercivesinde-codelab-sene-geleceyin-proqramisti-olmaq-ucun-teqaud-teklif-edir

“Technest” təqaüd proqramı çərçivəsində Codelab sənə gələcəyin proqramisti olmaq üçün təqaüd təklif edir!

“Technest” Təqaüd  Proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. Bu  proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. “Technest” – məktəblilər, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təmin edən təqaüd proqramıdır. Eyni zamanda sahibkarlıq təfəkkürü ilə çıxış edən və innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir. Yəni “Technest” Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir. Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması əsas vəzifələrdən biridir.

Sən də Təcrübəli proqramistlərdən təlim alaraq sahənin peşəkarına çevrilə bilərsən. Təlim Proqramı qeyd olunan istiqamətlərdə keçiriləcəkdir!

- Helpdesk
- System administration
- MS SQL
- IT Manager
- IT business anlaytics
- Network administration

Təqaüd proqramına seçim mərhələlərini uğurla başa vurmuş şəxslərə müsahibənin nəticəsindən asılı olaraq 70%, 90% və 100% dəyərində təqaüd təklif ediləcəkdir.

Təqaüd proqramına qoşulmaq üçün linkə daxil ol və qeydiyyatdan keç!

Son müraciət tarixi: 28.02.2023