technest-teqaud-proqrami-cercivesinde-fuzuli-rayonu-ve-sirvan-seherinde-telimler-heyata-kecirilecekdir--

"TECHNEST" təqaüd proqramı çərçivəsində Füzuli rayonu və Şirvan şəhərində təlimlər həyata keçiriləcəkdir!

"TECHNEST" təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Raqamsal İnkişaf agentliyinin nazdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Layihə çərçivəsində Füzuli rayonunda Şəbəkə İnzibatçısı və Şirvan şəhərində Qrafik dizayn üzrə təlimlər tədris ediləcəkdir. Təlim proqramları haqqında ətraflı məlumat aşağıda göstərilmişdir:

FÜZULİ RAYONU

Təlimin adı: Şəbəkə İnzibatçısı

İştirakçı sayı: 13 nəfər

Təlimin müddəti: 4 ay / 64 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)

ŞİRVAN ŞƏHƏRİ

Talimin adı: Qrafik Dizayn

İştirakçı sayı: 13 nəfər

Təlimin müddəti: 6 ay / 96 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)

İŞTİRAKÇILARIN SEÇİMİ PROSESİ

• Layihǝyǝ ilkin müraciət

• Qeydiyyatdan keçən şəxslər üçün seçim imtahanının təşkili

• İmtahandan müvəffəq olan şəxslərlə müsahibə

• Yekun seçilmiş şəxslərin təlimlərə cəlb edilməsi

Layihə çərçivəsində təlimlərdə iştirak etmək istəyən şəxslər linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:

QEYDİYYAT LİNKİ

Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün [email protected] email adresinə vəya aşağıdaki whatsapp nömrəsinə yaza bilərsiniz.

tel:+994517771090