tedqiqat-ile-maraqlanib-fakt-yoxlayici-olmaq-isteyenler-ucun-telim-teskil-edilir--

Tədqiqat ilə maraqlanıb, fakt yoxlayıcı olmaq istəyənlər üçün təlim təşkil edilir

"Fakt Yoxla" fakt yoxlayıcı olmaq istəyənlər üçün təlim təşkil edir!

Saxta məlumatlar doğru xəbərlərdən tez yayılır. Azərbaycanda əsas informasiya məkanına çevrilən sosial media bu tipli məlumatların yayılmasını daha da sürətləndirir. İki ildən çoxdur dezinformasiya və saxta xəbərləri araşdıran “Fakt Yoxla” saytı bu istiqamətdə təlimlərə başlayır.   

Təlimlərin əhatə dairəsi:
 • Dezinformasiyaları təyin etməyin vasitələri
 • Dezinformasiyaların yoxlanılma üsulları
 • Vizuallaşdırma üçün itifadə olunan alətlər
 
Təlimə 20 yaşı tamam olmuş, araşdırma bacarıqlarına sahib olan, saxta xəbər və dezinformasiyanın aşkarlanmasına marağı olan şəxslər cəlb ediləcək. Onlayn formada nəzərdə tutulan təlim 8 sessiyadan ibarət olacaq. Beynəlxalq təlimçilər tərəfindən keçiriləcək təlim tərcümə də ediləcək.

Təlimdə iştirak etmək istəyirsinizsə,formanı doldurub 15 sentyabr 2021-ci ilədək bizə göndərin!