tehlilci-mezun-tecrube-proqrami--

"Təhlilçi Məzun" təcrübə proqramı

Azərbaycan Respublikası Dövlət Neft Fondu "Təhlilçi Məzun" təcrübə proqramına qəbulu (Graduate Analyst İntership Programme) davam edir 

Proqrama əsasən, sonuncu kurs bakalavr və magistratura tələbələri, habelə 2021-ci ilin universitet məzunları qrup müsahibə sessiyası əsasında təcrübə proqramına qəbul olunaraq, 2022-ci ilin iyun ayı boyu proqram çərçivəsində Fondun İnvestisiya, Risklərin idarə edilməsi, Hesablaşmalar və Mühasibat uçotu və hesabatı departamentlərindən birində real iş mühitində, əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik biliklər qazanmaq imkanı əldə edəcəklər.

Seçim mərhələsinə dair əlavə olaraq müraciət edib geribildirim almaq üçün aşağıdakı keçid linki üzrə qeydiyyatdan keçərək zəruri məlumatlarınızı doldurmağınız xahiş olunur: 

Graduate Analyst  Internship Program 2022