Təhsil Tələbə Krediti Fondu tələbələr üçün SMM təcrübə proqramı elan edir!
Təcrübə proqramı həm nəzəri, həm praktik hissədən ibarət olmaqla bu sahədə 10 ildən artıq təcrübəyə malik olan xarici və yerli təlimçi va mentorlar tərəfindən müşayət ediləcəkdir.
Proqram çərçivəsində iştirakçılara İşgüzar Azərbaycan dili, Sosial media alətləri, Kontent planlama və Dizayn düşüncə mövzularında təlimlər keçiriləcəkdir.
Təcrübə proqramı cümə və şənbə günlərini əhatə etməklə 12 həftə davam edəcəkdir.
Təcrübə proqramını müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim ediləcəkdir.
Kursun müddəti: 15 aprel-15 iyun 2023-cü il tarixlərini əhatə edir.
Kursun gündəliyi:
-İşgüzar dil və müasir yazı
-Sosial Media Marketingə giriş
-Facebook, Instagram, Linkedin, Tiktok, Telegram, Twitter platformalan üçün A-dan Z-ya marketing strategiyası
-WhatsApp Business is prinsipi, uğurlu istifadə qaydaları
-Sosial şəbəkələrdə reklam funksionallıqları
-Kontent planın hazırlanması
-Aylıq, illik, rüblük hesabatların hazırlanması
Tələblər:
-4-cu kurs və ya magistr tələbələri;
-Yaradıcı, məsuliyyətli, ünsiyyətcil və çevik;
-İnkişaf etmək həvəsində olan və imkanları dəyərləndirmə qabiliyyətli;
Yerlar Məhdud saydadır!
Maraqlı olan şəxslərdən CV-lərini "Təcrübəçi SMM" başlığı ilə [email protected] mail ünvanına göndərmələri xahiş olunur.