tehsilde-keyfiyyet-teminati-agentliyi-pese-ixtisaslari-uzre-formal-tehsile-cixis-imkani-mehdud-olan-vetendaslar-ucun-tehsil-senedi-elde-etmek-imkani-yaradir--

Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi  “Bərbər”, “Plastik boru qaynaqçısı”, “Qənnadçı-şirniyyatçı”, “Mobil telefonların təmiri ustası”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar”, “Aşbaz”, “Avtomobil təmiri çilingəri” peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Belə ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştlələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğur əldə edən ərizəçilərə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçilərə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom  təqdim ediləcəkdir.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.