tehsilli-qiz-tehsilli-cemiyyet-xaricde-tehsile-destek-proqrami-muraciet-qebulunu-aciq-elan-edir--

“Təhsilli qız, təhsilli cəmiyyət” xaricdə təhsilə dəstək proqramı müraciət qəbulunu açıq elan edir!

Dəyərli dostlar,

“İcma liderləri” proqramının qalib layihələrindən olan “Təhsilli qız, təhsilli cəmiyyət” xaricdə təhsilə dəstək proqramı müraciət qəbulunu açıq elan edir!

Xaricdə təhsil üzrə dəstək proqramı aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

  • Xaricdə təhsil və təcrübə fürsətləri barəsində seminarlar;
  •  İngilis dilində CV / Rezyume və motivasiya məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi təlimlər;
  •  Ən uğurlu iştirakçılara proqramlara müraciət üzrə mentorluq.

 Proqramda kimlər iştirak edə bilər?

Ağdam, Bərdə, Tərtər və Yevlax rayonlarında yaşayan, 15-25 yaş aralığındakı qızlar və gənc qadınlar.

Qeydiyyat

 Müraciət üçün son tarix: 10 sentyabr 2023-ci il (Saat 23:59)

Qeyd edək ki, təlimlər əyani olaraq Bərdə rayonunda həyata keçiriləcəkdir. Digər rayonlardan iştirak edəcək şəxslərin nəqliyyat xərcləri layihə tərəfindən qarşılanacaqdır. 

Yarıda qalmasın, qızlar oxusun!