tektonik-dusergesine-start-verilir--

“TEKTONİK” düşərgəsinə start verilir!

Fövqəladə hallar, təbii və texnogen mənşəli hadisələr, onlardan qorunma yolları ilə maraqlanan tələbələrin nəzərinə!

“Kamp Tektonik” -  "Təbii və Texnogen Mənşəli Fövqəladə Hallara Hazırlıq" düşərgəsi məhz sizin üçündür! 

20-22 fevral tarixlərində Quba Macəra Hotelində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək düşərgədə iştirak haqqı qazanmaq üçün qeydiyyatdan keçməyə tələsin! 

Son müraciət tarixi: 18 fevral 2023, 18:00 

Layihə fövqəladə hallarla bağlı məsələlərin müzakirəsində və qarşısının alınması istiqamətində həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını təmin etmək məqsədilə keçirilir.