telebeler-ucun-femtech-numayendesi-olma-sansi--

Tələbələr üçün FemTech nümayəndəsi olma şansı!

Oxuduğunuz təhsil müəssisəsində Femtech nümayəndəsi olmaq istəyirsinizsə müraciət edin

FemTech nümayəndəsi nələr əldə edəcək?

- FemTech tərəfindən təşkil edilən təlim və vebinarlarda birbaşa iştirak şansı;

- Təhsil aldığınız müəsisəsə FemTech üzvü olaraq geniş kommunikasiya qurmaq;

- Xarici və yerli təlimçilər və mentorarla tanışlıq və birbaşa işləmək imkanı;

- Yerli və beynəlxalq proqramlardan ilk xəbər tutmaq və təşkilatçısı olmaq;

- Startap, sahibkarlıq və innovasiya sahəsində təcrübə qazanmaq və ekosistemə daxil olmaq;

- FemTech-in sizə ötürdüyü bir çox xüsusi imtiyazlardan yararlanmaq.

 

Sizdən nələr gözlənilir?

- Bakalavr III və ya IV kurs tələbəsi olmaq;

- İngilis dili minimum pre/intermediate səviyyəsində olması;

- Startap, sahibkarlıq, texnologiya sahəsinə maraqlı olmalı və öyrənməyə həvəsli olmaq;

- Həftə ərzində minimum 10 saat ayıra bilmək;

- Uzunmüddətli əməkdaşlığa açıq olmaq

 

Vəzifələriniz nədən ibarət olacaq?

- FemTech Club üçün maraqlı olan şəxslərin üzvlüyə cəlb edilməsinə kömək etmək;

- Təhsil müəsisənizdə təşkil ediləcək tədbirlər zamanı koordinasiya;

- Müxtəlif tədbirlərdə idarə heyəti ilə birgə təşkilati iştirak.

 

Əsas vəzifə: Daim inkişaf etmək 

Son qeydiyyat tarixi: 20 fevral, saat 23:00

Qeyd: Cavablarınız seçim mərhələsində həlledici rol oynayır.

 

Müraciət et