Tələsin, "PROGRO Talks" layihəsinə artıq start veririk!
Əziz Gənclər!
Bir neçə gün əvvəl sosial media hesablarımızda paylaşdığımız PROGRO Talks layihəsinə artıq start veririk.
PROGRO Talks layihəsinin ilk qonağı Marketinq direktoru və İrşad Elektroniks şirkətinin İdarə heyəti üzvü Əli Bədəlov (alibadalov.com) “Marketinq sahəsindəki trendlər və perspektivlər” haqqında danışacaq.
Bu sahəyə marağı olan, ətraflı məlumat əldə etmək istəyən gəncləri onlayn görüşümüzə dəvət edirik.
Görüş 3 aprel saat 19:00-da baş tutacaq.
Görüş “Zoom” platforması üzərindən həyata keçiriləcək. Görüşə qoşulmaq bu linkdən qeydiyyatdan keçə bilərsiniz.