temel-qrafik-dizayn-ve-adobe-photoshop-telimlerine-start-verilir

Təməl Qrafik Dizayn və Adobe Photoshop təlimlərinə start verilir

PROGRO platforması ilə yeni biliklər əldə etməyə davam edin!

Bu dəfə sizi 5 günlük onlayn Təməl Qrafik Dizayn və Adobe Photoshop təlimlərinə dəvət edirik

Qrafik dizayn sahəsinə marağınız varsa və bu sahəyə başlamaq planlar arasındadırsa, həmçinin Adobe Photoshopdan istifadə etməyi öyrənmək istəyirsinizsə, bu təlimimizi qaçırmayın. PROGRO platforması olaraq bu dəfə sizi Təməl Qrafik Dizayn və Photoshop təlimlərinə dəvət edirik.

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:

  • Orta və ya ali ixtisas təhsilli;
  • Qrafik dizayn sahəsinə marağı olan
  • Adobe Photoshop proqramından istifadə etməyi  öyrənmək istəyən
  • İnternetə mütəmadi qoşulma imkanı olan;
  • Fəal, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.

Təlimləri qrafik dizayner müəllimi və dizayn üzrə mütəxəssis Elvin Eminbəyli aparacaq.

İştirak etmək istəyənləri 5 fevral 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

 Qeydiyyatdan keç

Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!

Əlavə suallarınız olduqda, info@progro.az ünvanına və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.