Təxəyyülünüzə sərhəd qoymadan, Azərbaycanın növbəti 100 ilini təsvir edin!
Yaradıcı şəxsləri ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş müsabiqəyə qoşulmağa dəvət edirik.
“Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsində iştirak edərək gələcəyə baxışınızı kreativ formada sərgiləyin, müsabiqədə qalib gəlin!
Uduş fondu:
- 1-ci yer: 5000 AZN
- 2-ci yer: 3000 AZN
- 3-cü yer: 1000 AZN
Müsabiqənin müddəti: 10 may – 10 iyun
Ətraflı məlumat əldə etmək və müsabiqəyə qoşulmaq üçün veb saytına keçid edin.