texire-salma

Təxirə salma

     Hər kəs işlərini təxirə salır, amma niyə təxirə salırıq?
Hər halda bir çoxumuz həyatımızın hansısa bir mərhələsində edəcəyimiz işləri təxirə salmışıq. Boş vaxtlarımızı düzgün dəyərləndirməyib vacib işləri son günə saxlamışıq. Etməli olduğunuz bir iş var və işin son tarixi getdikcə yaxınlaşır. Amma, siz işləmək əvəzinə işləməmək üçün özünüzə başqa məşğuliyyətlər tapır, musiqi dinləyir, videolara baxır, sosial şəbəkələrdə səhifələrdəki yenilikləri izləməklə vaxt itirirsiniz. Həmin gün gəlib çatdığı zaman isə stress yaşamağımız çox adi bir hala çevrilib. Lakin təxirə salmağı həyat tərzinə çevirmiş insanlar da vardır. İlk baxışdan zərərsiz görünsə də, təxirə salmaq potensialınızı məhdudlaşdıran bir vərdişdir. Təxirə salmağı vərdişə çevirməyin. Həyatınızın nəzarəti öz əlinizdə olsun.
     Təxirə salma ilə bağlı özünüzü qəliblər içərisinə yerləşdirməyin. Çünki, təxirə salma bir vaxt idarə etmə problemi deyil. Bir duyğu idarə etmə problemidir. 
Boş kağıza yazarkən beyniniz sizi işdən yayındırmaq üçün müxtəlif fikirlər irəli sürür və siz özünüz haqqınızda fikirləşməyə başlayırsınız. Özünüzlə bağlı neqativ fikirlər sizi edəcəyiniz işdən uzaqlaşdırır. 
Bu prosesi analiz etdikdə məsələnin kökündə aşağıdakı məsələlərin dayandığını görəcəksiniz:
●    Özgüvənsizlik
●    Şübhə və yaxud özünə inamsızlıq
●    Narahatlıq
●    Neqativlik

        Edəcəyiniz iş bir kənarda qalacaq və beyniniz sizə yeni fikirlərlə gələcək. Bunlar artıq beyninizin işdən qaçmaq üçün gətirdiyi bəhanələrdir. 
İnsanların təxirə saldıqları şeylər çox vaxt çətin, cansıxıcı və ya xoşagəlməzdir. Məşhur inancın əksinə, tənbəllik təxirə salmaya səbəb deyildir. Təxirə salmanın əsas səbəbi, duyğuların necə idarə ediləcəyini bilməməyimizdir. Bir işi təxirə salmaq, əslində insanların görməli olduğu işi edərkən yaşanacaq mənfi emosiyaları gecikdirməsi deməkdir. Pis tərəfi odur ki, əvvəl mənfi hislərlə üzləşməyi gecikdirmək sonda özünü daha pis hiss etdiyi bir vəziyyətə gətirib çıxarır. Artıq bu təxirə salma vərdişə çevrilir. “Təxirə salma vərdişi” insanın özünə inamını azaldır. Charlotte Libermanın dediyi kimi: "Uzun müddətdə bu vərdiş insanları təsirsiz hala gətirməklə yanaşı, həm də onun psixologiyasını məhv edir."

        Beyninizin bu oyunları oynamasının əsas səbəbi emosiyalarımızı idarə edə bilməməyimizdən aslıdır. Beynimiz iki hissədən ibarətdi:

  • Frontal lob-ön beyin (qərar vermə və fərqindəlik)
  • Limbik sistem -beynin ilk yaranan hissəsi (ehtiyaclar) 

Frontal lob sanki beynimizin CEO-dur. Analtik düşünən və analiz edən bir beyinə sahibik. Limbik sistem isə beynimizdə meymun obrazını oynayır, yəni sadəcə hislə hərəkət edir və ehtiyacları ödəyir, indi düşünən, indi istəyən və sabahla maraqlanmayan instinktiv beyindir.
Emosional beyin və rasional beyin arasındakı mübarizə gedir. Ağılımız instinktivə təslim olduqda, təxirə salmaya meyl etmiş oluruq. 

       Təxirə salmanın əsas səbəbi emosionaldır. Buna görə də bu vərdişdən yaxa qurtarmaq üçün vaxtı düzgün idarə etməyi öyrənmək əvəzinə duyğularını necə idarə etməyi öyrənmək lazımdır
Təxirə salmanın əsas səbəbləri:
●    Hər şeyə nəzarət ermək istəyi
●    Mükəmməliyyətçi olmaq
●    Görəcəyin işi böyük layihə kimi görmək
●    Uğursuzluqdan qorxmaq
●    Vaxtı qiymətləndirməmək
●    Planın hazırlanmaması
●    Özünə nəzarətin olmaması
●    Tənbəl olmaq
●    Xəyalpərəst olmaq
●    Motivasiya əksikliyi
●    Stress etmək


Bu proseslər bizdə təxirə salmanı formalaşdırır. Amma hər zaman söylədiyimiz kimi hər şey sizin əlinizdədir. Beyninizin işlərinizi təxirə salmaq üçün etdiyi təkliflərə qarşılıq sizdə təkliflərlə gedin.
Təxirə salmanı aradan qaldırmağın yolları:
●    Parçala, böl və idarə edin
●    Diqqətinizi dağıdacaq hər şeydən uzaq olun
●    Bitmə vaxtı təyin edin
●    Təxirə salmanın səbəblərini aradan qaldırın
●    Az düşünün, çox iş görün
●    Gün içərisində aktiv olduğunuz saatı müəyyən edin
●    Nəticələrə doğru irəliləyən fəaliyyətə yönəlin
●    Heç bir şey mükəmməl deyil (Unutmayın, mükəmməl yaxşının düşmənidir!)
●    Özünüzü qiymətləndirin
●    İş masanızı səliqəyə salın 
●    Enerjinizi doğru paylayın
●    Qarışınıza ciddi hədəflər qoyun
●    Sizə ilham verən insanlarla vaxt keçirin
●    Mürəkkəbləşdirməyi dayandırın
●    Qalxın və işə başlayın!

          Əgər hələ də işə başlamamısızsa bu fikirlərin heç birinin mənası yoxdur. Planlamanı etmiş olsanız belə, ancaq işə başlamırsınızsa, heç bir nəticə olmayacaq. Dürüst olaq, işlərini təxirə salan heç bir kəs uğur qazanmayacaq. Buna görə də elə indi yerinizdən qalxın və işə başlayın.
Unutmayın bugün etdiklərinizlə 5 il sonrakı sizi formalaşdırmış olacaqsınız.

Bu məqaləni də təxirə salmadan sona qədər oxumanız ümidi ilə :)))
Uğurlar!