texnologiya-sahesinde-fealiyyet-gosteren-xanimlar-hazirsinizmi--

Texnologiya sahəsində fəaliyyət göstərən xanımlar, Hazırsınızmı?

Ənənəvi olaraq Femmes Digitales - "Texnologiyalar sahəsində Qadınlara Dəstək" İctimai Birliyi ilin ən böyük texnologiya tədbirlərindən birini həyata keçirəcəkdir. Bu tədbir icraçı lider və karyera peşəkarlarını netvorkinq və sosiallaşma axşamında bir araya toplayaraq daha böyük #müxtəliflik, #inklüzivlik #stem #texnologiya domenləri üçün yol açan ilin əlamətdar rolmodel, mentor və sahibkarlarının nailiyyətlərini qeyd edir.

 TEXNOLOGİYA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN XANIMLAR, HAZIRSINIZMI?

 BELƏ Kİ, QADIN ROL MODELLƏRİNİN AXTARIŞINA BAŞLANILDI!

 Azərbaycan Qadınları IT-də #AWITA2023 #texnologiya va #stem sektorunda heyrətamiz rol modeli üzrə xanımları axtarır! Bizə onları kəşf etmək və tanıtdırmaqda yardımçı olun!

 Başqalarını müsbət nəticələrə səbəb olan töhfələrilə ilhamlandıran və inklüziv texnologiya sənaye dəyişikliyinə yönəldən qadınları və ya öz sahəsinin peşəkarlarını seçin

 Nominasiyalar 10 aprelədək qəbul edilir.

Link vasitəsilə seçməyə tələsin.

 Xanımların hekayələrini dinləyək va texnologiya sahəsində karyera imkanlarını genişləndirmək üçün onları ilhamlandıraq.

Mükafat mərasimi 12 may, Bakı şəhərində baş tutacaqdır. 

 Ən həvəsləndirici, enerji dolu tədbir yenidən sizlərlədir!

 Sektor liderlərindən ibarət möhtəşəm şəbəkə

 Azərbaycanın ən nüfuzlu qadın liderləri bir arada

 350-dən çox iştirakçı və Azərbaycanın ən innovativ şirkətləri

 Sənaye şəbəkələrilə yarmarka

 Peşəkar karyeranızda irəliləmək üçün fürsət

 Femmes Digitales-Texnologiyalar sahəsində Qadınlara Dəstək İctimai Birliyi xanımların davamlı in öz potensialina, gücünə inamı üçün dəstək verir və hər zaman güvənə biləcəyiniz xanımlarla əhata olunacağınıza inanır. Texnologiya sahəsinin qadınları, güc birlikdədir!

Önəmli qeyd: AWITA2023 tədbiri yalnız qadınlar üçün deyil, həmçinin yeni texnologiyalar, peşəkar inkişaf v qətiyyətli addımlarla gələcəyini qurmaq istəyənlər üçündür!

Ətraflı məlumat