texnoloji-sahede-karyera-ve-mehsul-inkisafi-haqqinda-tedbiri-qacirmayin--

Texnoloji sahədə karyera ve məhsul inkişafı haqqında tədbiri qaçırmayın!

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutacaq görüşdə "GetGuided" startapının təsisçisi, Youtube partnyor-məhsul meneceri Cavid Nadir öz təcrübəsini bölüşəcək.

Startap sahəsində uzun illər təcrübəsi olan, "GetGuided" startapının təsisçisi Cavid Nadir tədbir zamanı iştirakçılara startap təcrübəsi, texnoloji sahədə karyera ve məhsul inkişafı haqqında ətraflı məlumat verəcək.

  •  Tarix: 27 sentyabr 2021, 16:00 - 17:00
  •  Tədbir dili: Azərbaycan dili
  •  İştirak ödənişsizdir

Ətraflı