the-4th-edition-of-the-enter-uzunmuddetli-telim-kursundan-yararlanin--

"The 4th edition of the Enter!" uzunmüddətli təlim kursundan yararlanın

Gənclərlə işləyən mütəxəssislər üçün uzunmüddətli təlim kursu / "The 4th edition of the Enter!"

ENTER gənclərlə işin keyfiyyətinə, imkanlarına və müxtəlifliyinə töhfə verən, eyni zamanda gənclərin üzləşdiyi zorakılıq, ayrı-seçkilik və kənarlaşmanın aradan qaldırılmasında rolu olan gənclərlə işləyən ekspertlər üçün uzun müddətli təlim kursudur.

Qeyd edək ki, Avropa Şurası 35 iştirakçını - sosial hüquqlarla əlaqəli tematik sahələri əks etdirən müxtəlif profilli gənclər və digər mütəxəssisləri seçəcək.

Uzunmüddətli təlim kursu aralarında bir praktiki layihə mərhələsi olan və internet öyrənmə proqramları, mentorluq və şəbəkələşmə imkanları ilə dəstəklənən 2 mədəniyyətlərarası rezident seminarından ibarətdir.

Seminarlar 2021-ci ilin avqustundan 2022-ci ilin dekabrına qədər keçiriləcək.

Bütün nazmizədlər onlayn müraciət etməlidirlər. 

Ətraflı məlumat üçün əlaqə:

 (012) 597 56 19

Son müraciət tarixi: 5 iyul