tipx-reqemsal-gelecek-adli-konfrans-kecirilecek--

“TİPx: Rəqəmsal gələcək" adlı konfrans keçiriləcək!

“TİPx12: Rəqəmsal gələcək” konfransının qeydiyyat formu

Son tarixi: 19 iyun, 2023

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrə dəyişikliklərə açıq olmaq, davamlı vərdişlərə yiyələnmək, hədəfləri reallığa çevirmək üçün inkişaf etdirilməli olan bacarıqlar barədə maarifləndirmək, təqdimat bacarıqlarının karyera planlamasındakı əhəmiyyətini aşılamaq məqsədi ilə TİPx (Tələbə İnkişaf Platforması) çərçivəsində növbəti “TİPx12: Rəqəmsal gələcək" konfransı ilə sizlərin görüşünə gəlir.

Tədbirdə əhatə olunacaq mövzuları və spikerləri sizə təqdim edirik:

Mövzu 1: Multi-bulud sistemlərində kibertəhlükəsizlik problemləri

Rəşad Əliyev- Veb Tərtibatçı, Etik Haker, Kiber təhlükəsizlik üzrə ekspert, İctimai Spiker

Mövzu 2: Proqramlaşdırma, mövcud fürsətlər və gələcək perspektivlər

Nurlan Vəlizadə- Tayqa Tech şirkəti, Proqramlaşdırma şöbəsinin rəhbəri

Mövzu 3: Biznes sektorunda rəqəmsal transformasiya

Seymur Rəsulov - "Whelp" rəqəmsal müştəri xidmətləri platformasının həmtəsisçisi

Mövzu 4: Süni intellekt və gələcəyin iş modelləri

Əsgər Məmmədli- AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İnfrastrukturun təşkili və texniki dəstək departamenti, Data təhlili şöbəsi, şöbə müdiri

Mövzu 5: Rəqəmsal layihənin idarə edilməsi

Nilufər Rəhimova- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil üzrə İKT Bürosu, "Rəqəmsal Bacarıqlar"

Keçirilmə tarixi: 22 iyun, saat 15:00

Məkan: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 

Konfrans müddəti: 2 saat

Hədəf qrupu: Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr

Uğurlu gələcəyə birlikdə addımlayaq!