titan-group-ltd-sirketi-3-ayliq-tecrube-proqrami-elan-edir--

"TITAN Group LTD" Şirkəti 3 aylıq Təcrübə proqramı elan edir

"TITAN Group LTD" Şirkəti 3 aylıq Təcrübə proqramı elan edir. 
"TITAN Group LTD" Şirkətinin imkanları:
-  Operativ və real iş prossesi şəraitində görülən işlərlə tanışlıq və praktiki tapşırıqların verilməsi;
-  İş prossesi haqqında ətraflı məlumat vermək;
-  ERP sistemi ilə tanışlıq və müvafiq sahələr üzrə təlimlərin təşkili;

3 aylıq Təcrübə proqramını uğurla bitirən namizədləri "TITAN Group LTD" Şirkəti rəsmi olaraq işə qəbul edəcəkdir.

1. Vakansiyanın adı: ERP üzrə təcrübəçi

Vəzifə öhdəlikləri:
• ERP proqramlarında işləmə, modul yazma və dəstək;
• Proqram modullarının xidmət sahələrinə tətbiqi;
• Digər struktur bölmələr ilə sorğuların aparılması və ehtiyacların müəyyən olunması;
• ERP proqramının tətbiqi ilə bağlı görüşlərdə iştirak etmək və yaranan məsələlərin həll olunmasında  köməkliyin göstərilməsi;
• Yaranan problemlərin tez bir zamanda həll olunması; 
• Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
• Həftəlik, aylıq və rüblük idarəetmə hesabatlarının hazırlanması;
• ERP-də prosseslərin avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi;
• Nəzarət mühitinin və sisteminin təkmilləşdirilməsində iştirak.

Namizədə tələblər:
• İqtisadiyyat, Riyaziyyat, Kompüter elmləri sahəsində ali təhsil;
• MS Office, Excel - üstün səviyyədə;
• Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
• Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;
• 3 və ya 4-cü kurs tələbələri və yeni məzunlar;

İş qrafiki: 
09:00-18:00; (Bazar ertəsi – Cümə)
Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “ERP üzrə təcrübəçi” qeyd etməklə [email protected] mailinə  göndərə bilərlər.

2. Vakansiyanın adı: ERP üzrə təcrübəçi

3. Vakansiyanın adı: Satış üzrə təcrübəçi (Sənayə və Soyutma avadanlıqları sahəsi üzrə) 
Vəzifə öhdəlikləri:
• Mövcud müştəri bazası ilə işləmə;
• Müştəri bazasının inkişafı və yeni müştərilərlə işləmə;
• Şirkət məhsullarının aktiv satışı;
• Sifarişlərin qəbulu və emalı, texniki-kommersiya təkliflərinin hazırlanması;
• Soyuducu sistemlərin və qurğuların istifadəsi ilə bağlı müştərilərə texniki məsləhətin verilməsi;
• ERP proqramında kommersiya təkliflərinin işlənməsi;
• Bütün kommersiya məsələlərinin işlənməsi (malın tədarükü şərtləri, tədarükə nəzarət, borcun ödənilməsi və s.);
• Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
• Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.

Namizədə tələblər:
• Ali təhsil (texniki sahə üzrə);
• Microsoft Office (Word, Excel, Power Point, Outlook)
• AutoCAD, Solidworks üzrə işləmə bacarığı arzuolunandır;
• ERP proqramında iş təcrübəsi;
• Azərbaycan və Rus dili (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili biliyi arzuolunandır.

İş qrafiki:  
• İş yeri: TITAN Group İstehsalat Birliyi, Binə, Zığ şössesi
• İş vaxtı: 08:00-17:00

Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə təcrübəçi (Sənayə və Soyutma avadanlıqları sahəsi üzrə)” qeyd etməklə [email protected] mailinə  göndərə bilərlər.