turanbank-da-biznes-krediti-ve-istehlak-krediti-uzre-bas-mutexessisaparici-mutexessismutexessis-vakansiyalari

TuranBank-da Biznes krediti və İstehlak krediti üzrə baş mütəxəssis/aparıcı mütəxəssis/mütəxəssis vakansiyaları

İstehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Şəhər: Bakı, Ağcabədi, Göyçay, Qazax, Tovuz, Ağstafa, Zaqatala, Sumqayıt, Xırdalan, Xaçmaz. Gəncə, Cəlilabad

Yaş həddi: 21-30

Vəzifəyə olan tələblər:

• Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə təhsil arzuolunandır);

• MS office (Word, Excel) proqramları ilə işləmək bacarığı;

• Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);

• Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;

• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Vəzifə öhdəlikləri:

• Qoyulmuş satış hədəflərinin icrası;

• Potensial müştərilərin axtarışı və cəlb edilməsi;

• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;

• Kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;

• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

• Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;

Bu iş sizə nə qazandıracaq:

• Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;

• Idarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;

• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə "İstehlak kreditləri" yazmağı unutmayın.


Vəzifə: Biznes kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / böyük mütəxəssis / aparıcı mütəxəssis/ baş mütəxəssis / şöbə müdiri (Bakı, Sumqayıt şəhərləri və Cəlilabad, Ağcabədi, Xaçmaz, Göyçay, Ganca, Qazax,Tovuz, Ağstafa, Zaqatala rayonları üzrə)

Vəzifəyə olan tələblər:

• 21-35 yaş;

• Ali təhsil;

• Azərbaycan dilini bilmək;

• Riyazi düşüncə, təhliletmə bacarığı;

• Məsuliyyətlilik, diqqətlilik və çevik qarar vermə bacarığı;

• Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;

• MS office proqramlarında işləmə bacarığı;

• İş təcrübəsi olan və təcrübəsi olmayan namizədlər;

• Banklarda, bank olmayan kredit təşkilatlarında və lombardlarda işləyən namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri:

• Yeni müştərilərin cəlb olunması və kredit məhsulları barədə məlumatlandırılma;

• Kredit müraciətləri ilə bağlı biznes təhlilinin aparılması;

• Biznes təhlilləri ilə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;

• Müştərilərə kredit məhsullarına dair məsləhətlərin verilməsi;

• Kredit portfelinin formalaşdırılması və idarə olunması;

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə "Biznes kreditləri bölməsinin mütəxəssisi" yazmağı unutmayın.