"Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili" mövzusunda maarifləndirici təlim keçiriləcək
Martın 15-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Əziz Şiriyev aşağıdakı mövzulardan danışacaq:
-Turizmdə sahibkarlıq fəaliyyəti və turizmin istiqamətləri
- Müştəri-turist xidmətləri
- Bələdçi və tur rəhbərin fərqi
- Korporativ və fərdi satış
- Satış növləri, brendləşmə və marketing
- Məhsul və onun təqdimatı
- Müştəri etirazları və həlli.
Saat 10:00-da "Bakı KOB evi"ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi İla əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlim ödənişsizdir.