ucuncu-yukselis-musabiqesinin-qeydiyyat-merhelesine-start-verildi

Üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi!

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi!

Yüksəlişə doğru ilk addımı qeydiyyatdan keçərək atın.

Linkə daxil olaraq müsabiqənin şərtləri ilə ətraflı tanış ola və qeydiyyatdan keçə bilərsiniz. Nəzərinizə çatdıraq ki, qeydiyyat mart ayının sonunadək davam edəcək.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilər. Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər. Birinci və ya ikinci  müsabiqədə qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

Müsabiqə və qeydiyyatla bağlı suallar yarandıqda "1820" Çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Yüksəliş sizinlə davam edir!