ugura-aparan-3-davranis-qaydasi--

Uğura aparan 3 davranış qaydası

Davranış Hər Şeydir! 

İnsanlar ilə düzgün münasibət həyatın bütün sahələrinə açardır. Sən sevinc, məmnuniyyət və uğur dolu bir həyat yaşamaq istəyirsənsə, düzgün davranış qayları və münasibət qurma bacarığına sahib olmalısan. 
Bəs bu niyə belə vacibdir?
"Davranışına nəzarət et" – ifadəsini uşaqlıqdan eşidirik. Neqativ hətta nifrət ilə qarşılansa da, bu belədir. Əslində, biz, həqiqətən də, yaşam boyunca yeni bacarıqlar aşılayıb, davranış və münasibət qurma yollarını yaxşılaşdırmalı, etik qaydalardan agah olmalıyıq. Bu məlumatlar vərdişə çevrildikdə artıq konrtol etmək ehtiyacı duymaya, davranışını avtomatik təmzimləmiş olacaqsan. 
Necə deyərlər , göstərdiyin davranış, qurduğun münasibətlər və hörmətin göstəricisidir. Bu o deməkdir ki, həyatda tədbiq etdiyiniz münasibət və davranış növü müvəffəqiyyət səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bir qayda olaraq, kimsə pis bir rəftara malik olduqda, bu onun hərəkətlərinə mənfi təsir göstərir. Belə davranış ilə yalnız ərtafdakılara mənfi təsir etmir, öz mənəvi enerjinə və şəbəkələşərək inkişaf etməyinə mənfi təsir göstərmiş olursan. 
Digər tərəfdən, müsbət əhval-ruhiyyə və dünyagörüşlü olduğunda, irəlləmək və uğur qazanmaq üçün daha çox şans var. Yalnız bu da deyil, müsbət münasibətin olması başqalarını dəstəkləmək və baş verən hər şeydə onlara kömək etmək üçün daha çox meylli olur. 
Bəs bunu formalaşdırmaq üçün nə etməli?

Müsbət Yanaşmaq
Hər addımda çətinlik və neqativlik olan istənilən mühitdə situasiya aqressiya ilə deyil, anlayış və peşəkarlıqla davranan şəxsə ehtiyac duyulur. Bu xüsusiyyət nəinki iş həyatında, həmçinin insanlarla münasibətində də əvəzolunmaz rol oynayacaq. Biz fəaliyyət göstərəndə və istənilən nəticəyə çatanda ideyalarımızı daha da genişləndiririk ki, bu da pozitivliyimizi gücləndirir. Yəni uğurdan aldığımız motivasiya daha da çox iş görməyə vadar edir. Bu səbəbdən müsbət yanaşmanı formalaşdırmaq üçün kiçik addımlar ilə kiçik uğurları qiymətləndirin. 

Minnətdarlıq duyğusu
Yaşadığımız bu sosial şəbəkə mühitində müqayisə adi bir tələ kimi qəbul edilə bilər, yəni kiməsə mənfi münasibət göstərmək çox asandır. İnsanlar internetdə təqib etdikləri insanlar kimi “şanslı” olmadığına görə hətta qəzəblənə bilir. Bu tipli paxıllıq və məmnunluq hissinin olmaması, istər istəməz davranışında da əks olunacaq. 
Əksinə, həyatda razı olduğun, məmnunluq hissi duyduğun amillər haqqında düşün. Kiçik qalibiyyətlərə, hadisələrə və yaxın olan insanlara görə sevin, minnətdar ol. Bu minnətdarlıq hissi ilk növbədə özünə aidir. Sən özün özünə minnətdar olmalısan. Bu qədər çətinliyə baxmayaraq, davam edə bildiyin üçün sevinməli, fəxr etməlisən. Hər gün səni şad edən amil tapsan və ya yaratsan insanlar ilə münasibətin müsbət yöndə dəyişər.

Böyüklük hissi
Yaxşı bir münasibətin xüsusiyyətlərindən biri seçim məsələsidir – yaxşı bir münasibətə sahib olmağı seçməlisiniz. Əcdadlarımızın yaşadığı yaşamaq tələbatına görə ağlımız, təbii ki, neqativ hallara meyllidir. Bu yaşamaq sağ qalmaq mexanizmidir. Ona görə biz şüurlu surətdə müsbət olmağı seçməliyik. 
Əks halda öz taleyinə nəzarət etmək və həyatda istənilən nəticələrə nail olmaq üçün gücsüz olan qurban kimi hiss etməyə başlaya bilərik. Və kimsə bu nöqtəyə çatdıqdan sonra, hərəkət zahirən qeyri-mümkün olur və insanlar öz məqsədlərini, arzularını və ya istəklərini həyata keçirməkdən imtina edirlər.
Özünə güvənib, gücünə, biliyinə və imkanlarına görə böyük olaraq davranışının necə olacağını seç. 

Təbiki ilk başda çətin olacaq və öz üzərində iş tələb edəcək, lakin nəticəsi səni qane edəcəkdir. 

Uğurlar!