ugura-geden-yoldaki-zehni-teleler--

Uğura gedən yoldakı zehni tələlər

Həqiqət anlayışımızın təhrif olunduğu vaxtlar olur. İnanclarımız və vəziyyətlərə və ya hadisələrə yanaşma formamız yalnış qiymətləndirməyə səbəb ola bilir. Bu da səhv etməyimizə və özümüzü və başqalarını yalnış dəyərləndirməyə gətirib çıxarır.
Bu zehni tələlərə misal zəhərli düşüncə nümunələrini və ya baxış bucağımızı və düşüncəmizi pozan idrak meyllərini gətirə bilərik. Bu dəyişdirilmiş düşüncə tərzləri uğur qazanmağa asanlıqla maneə ola bilir. Bu tələlərdən xəbərdar olmaq da problemin kökünə enmək və onu araşdırmaq deməkdir. Problemin nə olduğunu bilmək onun həllini asanlaşdırır. Gəlin bu zehni tələlərin nə olduğuna nəzər salaq. 
Özünüzü limitləyən inanclar
Özünüzdən və bacarıqlarınızdan şübhə etmək uğur qazanmağınıza maneə olur və potensialınızı və bacarıqlarınızı məhdudlaşdırır. Bacarmaram və ya etməməliyəm kimi sözlər sizi cəhd etməkdən çəkindirir. Bu da sizin fəaliyyət sahənizi məhdudlaşdırır.  
Çox vaxt bu inanclar mənfi təcrübələr əsasında formalaşır. Bu düşüncələrin sizə hökm etməsinə imkan versəniz, potensialınızı üzə çıxara bilməyəcək və sonrakı mərhələdə inkişafınızın qarşısında süni bir sədd yaratmış olacaqsınız. Edə bilmərəm əvəzinə, "Mən necə edərdim ...?"
Hər şeyin mükəmməl olmasına çalışmaq
Özünüzü inkişaf etdirmək və ən yaxşısı olmaq üçün çalışmaq yaxşı bir şeydir - öyrənməyə və öz üzərində işləməyə təşviq edir. Ancaq mükəmməl olmadığınızı da qəbul etməlisiniz. Əslində, heç kim mükəmməl deyil. Əgər idealist birisinizsə və gördüyünüz hər bir işdə mükəmməllik axtarırsınızsa, bu o deməkdir ki, siz bu xüsusiyyətinizin sizi geri salmasına imkan verirsiniz.
Həqiqət budur ki, mükəmməllik istəyiniz qorxudan qaynaqlanır. Tənqid qorxusu. İmtina edilmə qorxusu. İnsanların qüsurlarınızı görməyindən və mühakimə etməyindən qorxursunuz.  İdealistliyin həyatınızı idarə etməsinə icazə vermək finiş xəttini keçməyinizə mane olacaq. Sizi başqalarından uzaqlaşdıracaq. Nəticədə, mükəmməllik xüsusiyyətiniz nailiyyətlərinizi qiymətləndirməyə imkan verməyəcək və bu uğurlarınızın dadını çıxarmağa maneə olacaq. 
Ancaq görmək istədiklərinizi görmək
Hər hansı bir məsələ ilə bağlı bir fikrə gəldikdən sonra başqa bir şəxsin məsələylə bağlı fikrini almsınız? Əgər etməmisinizsə, bunu yoxlayın. Adətən məsələni müxtəlif aspektlərdən dəyərləndirə bilirik. Bunun baş verməsinin bir səbəbi, hər şeyi öz obyektivimizlə görməkdir. Göründüyü kimi, perspektivimiz bizi geri çəkən böyük bir qərəz ola bilər. 
Adətən öz fikirlərimizə uyğun olan fikirlərlə razılaşırıq. Başqa fikirləri görməyə cəhd etmirik. Bunun əvəzinə, məlumatı öz perspektivimizlə  şərh edirik. Bu, xüsusilə emosional olaraq bağlı olduğumuz və ya dərin kök salmış inanclarımız olan mövzularda daha qabarıq şəkildə nəzərə çarpır. Bu prosesin özü qərar qəbuletmə zamanı yalnış qərarlar verə biləcəyimizi göstərir.  
Dəyişiklik qorxusu.
Açıq-aşkar görünməsə də, bir çoxumuz üçün əşyaları olduğu kimi saxlamaq daha təhlükəsiz və asandır. Bir sözlə əşyalar sınmayıbsa, onları düzəltmirik. Axı işləyirsə, niyə bunu edəsiniz? Ancaq istəsək də, istəməsək də dəyişiklik qaçılmazdır. Uğur yenilik və yaradıcı problem həllindən gəlir, bu da dəyişikliyi mənimsəmək və böyüməyi təşviq etmək qabiliyyətimizi inkişaf etdirir.
Qara-ağ düşüncə.
Hamımızın hadisələri və ya insanları yaxşı və ya pis olaraq dəyərləndirmək meyli var. Biz ya bir şeyin tərəfdarıyıq, ya da bunun əleyhinəyik. Qeyri-müəyyənliyi sevmədiyimizdən məsələ və ya insanlarla bağlı bir qərara gəlməyə tələsirik və nəticədə orta yolu görmək çətin ola bilir. Bu tip qütblü, ağ-qara düşüncə hadisələri və ya insanları olduğu kimi görməyimizi məhdudlaşdıra bilir. Reallıq ümumiyyətlə ortada bir yerdə olur. 
Əksərən düzgün cavab olmur, əksinə işə yarayacaq müxtəlif cavablar olur. Qara-ağ düşüncəni kənara qoyduqdan sonra dünyanın həqiqətən qarışıq bir göy qurşağı olduğunu görə bilərsiniz. Fərqli ehtimalları dəyərləndirməyi öyrənməlisiniz.
Nəticəyə gəlmək
Tanıdığınız bir haqqında yalnış düşündüyünüz olub? Yaxud baş verən hadisəni yanlış dəyərləndirmisinizmi? 
Ətraflı məlumatlara sahib olmadan fərziyyələr irəli sürdüyümüz və nəticələrə gəldiyimiz zaman belə olur. Ediləcək ağıllı şey obyektivliyi qorumaq və qərara gəlməzdən əvvəl bütün məlumatları və detalları toplamaqdır. Ancaq çox vaxt ehtimallar irəli sürürük və ya bir vəziyyəti həddindən artıq ümumiləşdiririk, çünki əslində müşahidə etdiyimiz və nəticə çıxardığımız şeyləri ayırd edə bilmirik.
Bunu işdə etdikdə, yəni fərziyyələrə əsaslanan qüsurlu qərarlar qəbul etdikdə bir çox problem və təsirlərə məruz qalırıq. Bu da sizə uğur qazanmaqda problem yaradır. 
Başqalarını günahlandırmaq.
Üzləşdiyimiz problemlərdə başqalarını günahlandırmaq və ya problemlərimizin xarici səbəblərdən qaynaqlandığına inanmaq insan təbiətidir - şübhəsiz ki, biz günahkar deyilik! Ancaq günah işlətmək və ya başqalarını haqsız yerə günahlandırmaq dağıdıcı bir mexanizmdir və düşmənçilik yaradır.

Haqsız yerə günahlandırılanlar xəyanət olunmuş və əzilmiş hiss edirlər. İttiham edənlər lazımsız dram yaradır və bir problemi açıq şəkildə görə bilmirlər. Buna görə də səhvlərindən dərs çıxarmır və öz hərəkətləri üçün məsuliyyət daşımırlar. Davamlı başqalarını günahlandırdığınız zaman xırda və qeyri-peşəkar görünürsünüz və nəticədə ətrafınızdakıların sizə olan hörməti azalır.