ugurunu-paylas-adli-layihe-cercivesinde-kecirilecek-gorusu-qacirma--

"Uğurunu paylaş" adlı layihə çərçivəsində keçiriləcək görüşü qaçırma!

Gənclər, qonağımız var!

Sizi "Uğurunu paylaş" adlı layihə çərçivəsində görüşə dəvət edirik.

Qonağımız peşəkar kikboksçu, 25 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinin Baş İnspektoru, polis polkovnik-leytenantı Eduard Məmmədov olacaq. 

Görüşdə şəxsi inkişaf və uğurlu idman karyerasından  danışılacaq, gənclərin sualları cavablandırılacaq. 

Görüş "Zoom" platforması vasitəsilə, 16 avqust  saat 11:30-da baş tutacaq.

Qeyd edək ki, görüş Gənclərin  İnkişaf və Karyera Mərkəzinin  Ağstafa, Ağdaş, İsmayıllı, Mingəçevir, Neftçala, Sumqayıt, Şəki, Tərtər, Tovuz nümayəndəliklərinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Görüşdə iştirak üçün qeydiyyat