ukraynanin-ticaret-ve-senaye-palatasinda-gorus-kecirilib--

Ukraynanın Ticarət və Sənaye Palatasında görüş keçirilib

Ukraynaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşüb.

Görüşdə iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə və ticarət əlaqələrinin inkişafı üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.