umumdunya-etraf-muhit-gunune-hers-olunmus-resm-musabiqesinin-qaliblerini-elan-edildi--

Ümumdünya Ətraf Mühit Gününə hərs olunmuş rəsm müsabiqəsinin qaliblərini elan edildi

Avropa İttifaqı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP Ümumdünya Ətraf Mühit Gününə hərs olunmuş rəsm müsabiqəsinin qaliblərini elan ediblər

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Çaru Bist və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Zoltan Szalai “Planetimizi Sağaldaq” uşaqlar üçün rəsm müsabiqəsinin qaliblərini elan ediblər.

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist açılış nitqində qeyd edib ki, “önümüzdəki on il ərzində xüsusilə də BMT-nin Ekosistemin Bərpası proqramının başlaması ilə biz meşələrimizi yenidən əkməli və müdafiə etməliyik, çayları, dənizləri və okeanları təmizləməli və şəhərlərimizi yaşıllaşdırmalıyıq ki, iqlim böhranının və çirklənmənin qarşısını alaq və növlərin yox olmasına son qoyaq. BMTİP hər kəs üçün daha yaşıl və daha dayanıqlı gələcək təmin etmək üçün Azərbaycan Hökuməti və xalqına dəstək göstərməyə davam edəcək.”

“Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizədə ön cəbhədədir. Yeni “Yaşıl Razılaşmanın” imzalanması ilə Aİ emissiyaların azaldılması ilə bağlı iddialı məqsədlər qoyub və bütün partnyorları bu təşəbbüsə qoşulmağa dəvət edir. Bizim Azərbaycanla əməkdaşlığımız buna çox gözəl nümunədir. Bugünkü tədbir “E4Climate” regional proqramının dəstəyi ilə təşkil edilib. Bu proqram digər regional “EU4” layihələri ilə birgə su, ətraf mühit, enerji və daha bir çox sahəni əhatə edir.“ - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Zoltan Szalai qeyd edib.

Müsabiqədə 7-12 yaş arası 200-ə yaxın uşaq iştirak edib və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində öz yaradıcı töhfəsini verib.

İnkişaf və ətraf mühit üzrə ekspertlərdən ibarət münsiflər heyəti bütün əl işlərini qiymətləndirib.

Mükafatlar iki yaş kateqoriyasında təqdim olunub: 7-9 və 10-12. Ən yaxşı 6 əl işinə isə kitab mağazasından hədiyyə kartları, sertifikatlar və rəsm dəstləri təqdim olunub.

 

7-9 yaş kateqoriyası üzrə qaliblər:

1-ci yer (kitab mağazasından 100 manatlıq hədiyyə kartı) - Kövsər Qurban (7 yaş)

2-ci yer (kitab mağazasından 70 manatlıq hədiyyə kartı) – Xədicə Əzimli (8 yaş)

3-cü yer (kitab mağazasından 50 manatlıq hədiyyə kartı) - Könül Məmmədova (9 yaş)

 

10-12 yaş kateqoriyası üzrə qaliblər:

1-ci yer (kitab mağazasından 100 manatlıq hədiyyə kartı) - Aylin Əliyeva (10 yaş)

2-ci yer (kitab mağazasından 70 manatlıq hədiyyə kartı) - Sehri Zeynalabdinova (12 yaş)

3-cü yer (kitab mağazasından 50 manatlıq hədiyyə kartı) - Mehriban İmamverdiyeva (11 yaş)

Bundan əlavə, 44 uşağa nailiyyət sertifikatları, təqdirnamələr, eləcə də rəsm dəstləri verilib.

 

* Sözügedən rəsm müsabiqəsi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “EU4Climate” layihəsi çərçivəsində təşkil olunub.