Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən "Gənc müəllimlər dilimizin keşiyində" layihəsi ərçivəsində təşkil olunan 5-7-ci və 8-9-cu sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinə start verilir.
- Müsabiqədə yalnız 5-7 və 8-9-cu sinif şagirdləri iştirak edə bilər.
- Esse müsabiqəsində təqdim olunan mövzular: "Heydər Əliyevin həyat yolu", "Heydər Əliyevin yaradıcılığı".
- Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- Müsabiqəyə təqdim olunan esseler 5-7-ci sinif üçün 150-200, 8-9-cu sinif üçün 200-250 söz həcmində olmalıdır.
- Mövzuların plagiatlığı yoxlanılacaq.
- Esselər Azərbaycan dilində "Word və ya PDF" fayl formatında olmalıdır.
- Esse müəllifinin məlumatları faylın sonunda ardıcıllıqla qeyd olunmalıdır. (Ad, soyad, Ata adı, məktəb,sinif,əlaqə nömrəsi).
Qaliblər diplom və hədiyyələrlə təltif ediləcəklər.
1-ci yer smart qolbaq, 2-ci yer yer qulaqlıq, 3-cü yer kitab dəsti.
Son müraciət tarixi: 12 oktyabr 2023-cü il.