UNDP Azərbaycan nəzdində gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası davam edir !
Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası davam edərkən, “Hekayəni dəyiş” kvesti vasitəsilə bu mövzuda maarifləndirməni artırmağa davam edilir!
Ağcabədi gəncləri üçün keçirilən kvest zamanı onlara gender bərabərliyi, gender əsaslı zorakılıq və yerli qanunvericilik, eləcə də mübarizə üçün resurs və alətlər haqqında məlumat verildi. Tədbirin ikinci hissəsində isə gənclər GƏZ halları ilə qarşılaşmış qadınların hekayələrini müzakirə edərək, onlar üçün həll yolları təklif etdilər və “hekayəni dəyişməyə” çalışdılar. Bu istiqamətdə məlumatlı olan gənclər gələcəkdə bu halların aşkar olunmasında və qarşısının alınmasında rol oynayacaqlar və yerli Qadın Resurs Mərkəzlərinə və icmalarına dəstək olacaqlar.
Qeyd edək ki, münaqişədən zərər çəkmiş Ağcabədi, Bərdə və Tərtəri əhatə edən kvest BMTİP-nin Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində baş tutub.