usaid-azerbaycan-xalqini-ve-hokumetini-desteklemekde-davam-edir--

USAID Azərbaycan xalqını və hökumətini dəstəkləməkdə davam edir

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi COVİD-19 pandemiyasının iqtisadiyyata vurduğu mənfi təsirlərin yumşaldılması işində Azərbaycana kömək etmək üçün əlavə 1 milyon dollar təmin edəcək. USAID-nın Özəl Sektora Dəstək Layihəsi bu vəsaitdən istifadə edərək Azərbaycan hökumətinə məsləhət xidmətləri göstərəcək və kənd təsərrüfatı və aqroturizmlə məşğul olan kiçik və orta ölçülü müəssisələrə pandemiyanın yaratdığı çətinlikləri müvəffəqiyyətlə dəf edə bilmələri üçün texniki yardım göstərəcək. Bu maliyyələşmə COVID-19 pandemiyasının yaratdığı təsirlərlə mübarizə işində Azərbaycana kömək etmək üçün ABŞ hökumətinin avqustun 21-də elan etdiyi əlavə 1,47 milyon dollarlıq yardım paketinin bir hissəsidir. Beləliklə, COVID-19 pandemiyasının səhiyyə və iqtisadi sahələrdə birbaşa və uzun müddətli təsirləri ilə mübarizə işində Azərbaycana dəstək olmaq üçün Amerika Birləşmiş Ştatları Azərbaycana 5 milyon ABŞ dollarından artıq məbləğdə yardım etmişdir.

USAID Azərbaycan xalqını və hökumətini dəstəkləməkdə davam edir. Biz birlikdə güclüyük!