uxui-tecrubesi-ile-bagli-maraqlananlarin-nezerine

“UX/UI” təcrübəsi ilə bağlı maraqlananların nəzərinə!

“Meetups by PASHA Bank” layihəsi çərçivəsində “PAŞA Bank”ın Rəqəmsal və yaradıcı dizayn komandası Bankın “UX/UI” təcrübəsi ilə bağlı maraqlı məqamlara toxunacaq və suallarınızı cavablayacaq.

Görüşün məruzəçiləri və mövzuları:

• Rəqəmsal və yaradıcı dizayn komandası və onun tarixçəsi - Vüsal Əzizov / Dizayn komandasının rəhbəri

• Rəqəmsal məhsulun yaradılmasında “UX/UI” dizaynerinin rolu - Ruslan Şərifov / UX/UI dizayner, baş mütəxəssis

• “UX/UI” dizaynerinin komandada işi - Fuad Hüseynov / UX/UI dizayner, baş mütəxəssis

Tədbirdə fiziki iştirak etmək üçün isə qeydiyyatı tamamlamaq lazımdır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçməyə tələsin.

Tədbiri iyul ayının 2-si saat 17:00-dan etibarən feysbuk səhifəmizdən canlı yayım vasitəsilə izləmək mümkün olacaq.