"Uzaq işlə yaxından tanışlıq" adlı təlim keçiriləcək!
Ödənişsiz və iştirak sayı məhdud praktiki təlim.
Proqramlaşdırma üzrə remote (uzaqdan) işləmək arzusundasansa, müsahibələrin necə keçirildiyini bilmirsənsə, başlamaqla bağlı çətinliklərin varsa və daha çoxunu öyrənmək istəyirsənsə "Uzaq işlə yaxından tanışlıq" təlimimizə dəvətlisən!
Təlim, 2015-ci ildən proqramlaşdırmaya başlayan, iki ildən çox remote olaraq fərqli şirkətlərdə çalışan, hal-hazırda DICEUS şirkətində backend developer kimi fəaliyyət göstərən Tural Əsgər tərəfindən keçiriləcək.
Təlimdə bütün suallarınıza cavab tapa bilərsiniz, bəlkə də bu cavablar sizində remote iş tapmağınıza səbəb oldu. Təlim müddətində remote iş haqqında bilmədiyiniz bütün məsələlərə toxunulacaq, texniki müsahibələrə necə hazırlaşmalı olduğunuz haqqında danışılacaq, proqramçıların bilməli olub lakin tətbiq edə bilmədikləri soft skillər izah ediləcək.
Tarix: 9 sentyabr 11:00
Ünvan: Div Academy (Mətbuat prospekti 25)