vaxtin-idare-edilmesi-telimlerine-qeydiyyat-basladi--

“Vaxtın idarə edilməsi” təlimlərinə qeydiyyat başladı

Heç nəyə vaxt çatdıra bilmirsən? İşlərindən şəxsi həyata zamanın qalmır? Ailə, iş, dostlar – üçbacığında heç kimə vaxt tapmırsan?

 Elə isə “Be Ustad” “Vaxtın idarə edilməsi” təlimləri tam sənin üçündür.

Zaman səni yox, sən zamanı idarə et! Vaxtı ilə nizamla ki, sevdiklərin inciməsin, işin axsamasın, şəxsi əyləncələrin pozulmasın.

“Be Ustad” “Vaxtın idarə edilməsi” təlimləri sənə zamanı ən doğru şəkildə idarə etməyi və hər gün daha çox qazanılmış saatla daha səmərəli yaşamağı öyrədəcək.

Təlimin məqsədi iştirakçılarda vaxtın düzgün idarə edilməsi səriştəsinin artırılması, günlük prioritetlərin düzgün bölüşdürülməsi, işlərin düzgün planlanması, effektiv qərar qəbul edilməsi və faydalı iş əmsalının yüksəldilməsidir.

Azərbaycanın tanınmış, peşəkar təlimçisi/konsultantı Anar Həsənov tərəfindən Azərbaycan dilində və ofis şəraitində təşkil ediləcək təlimlər 6 saat – 2 həftə davam edəcək.

Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək. Təlimlər individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlarla həyata keçiriləcək. Təlim zamanı interaktiv tapşırıqların videoçəkilişi aparıla bilər. Bu, iştirakçıların prosesdən sonra özlərini kənardan izləyib obyektiv qiymət vermələri üçün vacibdir. Tədris boyu suallardan ibarət test və tapşırıqlar və sorğular keçiriləcək. Təlimin sonunda iştirakçıların bilik səviyyəsi test vasitəsi ilə yoxlanılacaq.

Təlim aşağıdakı başlıqlarla keçiriləcək:
1. Vaxt – ən vacib resursdur.
2. Vaxtın effektiv planlaşdırmağın yolları.
3. Qərarların düzgün qəbul edilməsi.
4. Vaxtınızı zəbt edən amillər və onlarla mübarizə.
5. İşi düzgün təşkil etməyin yolları.

Təlimçi Anar Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (Bakalavr, Magistratura və Doktorantura) təhsil alıb. O, təlimçi kimi Parabank, VRC Consulting, Baku Business School, “ASAN xidmət”, “ASAN Radio”, Maliyyə Bazarlarına Nəzarət Palatası, Fransa, Türkiyə, Ukrayna, Rusiya, Belarusiya, Qazaxıstanda müxtəlif təlimlərdə iştirak edib.
__

Qeydiyyat üçün: 051 561 49 45