vekiller-kollegiyasinin-huquqi-yardim-ve-tedris-merkezinde-bas-tutacaq-musteri-ile-musahibenin-aparilmasi-ve-huquqi-meslehetin-verilmesi-adli-telime-devetlisiniz--

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində baş tutacaq “Müştəri ilə müsahibənin aparılması və hüquqi məsləhətin verilməsi” adlı təlimə dəvətlisiniz!

ELSA Azərbaycan sizi 12 mart (şənbə günü), saat 12:00-da Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində baş tutacaq “Müştəri ilə müsahibənin aparılması və hüquqi məsləhətin verilməsi” adlı təlimə dəvət edir.

Qeyd etmək istərdik ki, Müştəri Konsultasiya Müsabiqəsi çərçivəsində müsabiqə iştirakçıları üçün keçirilən bu təlimdə müsabiqə iştirakçısı olmayan tələbələr üçün 15 nəfərlik yer nəzərdə tutulmuşdur. Yerlər məhdud olduğundan, seçim motivasiya məktublarına əsasən aparılacaqdır.

Təlim ərzində 1997 -ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Natavan xanım Rüstəmova öz bilik və təcrübələrini sizinlə bölüşəcəkdir.

Təşkilati dəstəyə görə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə ( Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association) dərin minnətdarlığımızı bildiririk!

 Təlimdə iştirak etmək üçün link  vasitəsilə qeydiyyatdan keçə bilərsiniz

İştirak edən şəxslərə təlimin sonunda sertifikat təqdim olunacaq.

 

 Son qeydiyyat tarixi: 10 mart, 23:59

 

Hörmətlə, Selcan, Cavid, Sadiq, Fidan, Səbinə, Selin, Rəhim, Tariyel.