vetendaslarin-problem-ve-tekliflerini-dinlemek-ucun-aciq-mikrofon-layihesi-baslayir--

Vətəndaşların problem və təkliflərini dinləmək üçün AÇIQ MİKROFON layihəsi başlayır

Əziz dostlar!

Vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işləri davam etdiririk. Tərəfimizdən müxtəlif layihələr həyata keçirilir, vətəndaşların problem və təklifləri individual qaydada dinlənilir. Bu ilin avqust ayının 4-dən start götürən və qısa müddətdə əhatə dairəsi genişlənən “Açıq mikrofon” aksiyamız da bu məqsədə xidmət edən layihələrdən biridir. Vətəndaşların rahat şəkildə istifadə etdiyi “Səyyar qəbul otaqları”mızın imkanları geniş olsa da, bu layihənin radio versiyasının da effektiv olacağını düşünürəm. “Açıq mikrofon”umuz Asan Radio vasitəsi ilə daha da asanlaşacaq. Oktyabrın 15-dən etibarən hər həftənin cümə günü saat 17:05-də “Açıq mikrofon”un səsi ASAN radiodan gələcək. Zəng edin, sizi maraqlandıran sualları verin, problemlərinizi səsləndirin ki, səsinizə səs verək!