vetenin-mudafiesine-haziram-layihesine-start-verilir--

“Vətənin Müdafiəsinə Hazıram” layihəsinə start verilir!

Vətənin müdafiəsində hər daim #İRƏLİDƏ olanlar!
 
AR Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə vəziyyətlərə effektiv cavab verməsi, təcili yardımın göstərilməsi və fövqəladə hal zamanı dayanıqlılığın artırılmasına yönəlik “Vətənin Müdafiəsinə Hazıram” layihəsinə start veririk! 
 
18-25 yaş aralığında, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 100 nəfər gəncin iştirakı ilə 5 gün müddətində davam edəcək düşərgədə:
 
- Yanğın təhlükəsizliyi;
- Çadır şəhərciyinin qurulması;
- Axtarış-xilasetmə işinin təşkili;
- Fövqəladə hal zamanı ilk tibbi yardım;
- Zərərçəkmişlərə psixoloji yardımın göstərilməsi və digər istiqamətlərdə fəaliyyətlərin icrası planlaşdırılır. 
 
Qeyd edək ki, əsas məqsədimiz gənclərin mülki müdafiə hazırlığını təmin etmək, eləcə də, layihə iştirakçılarının fövqəladə hal və texnogen hadisələrə qarşı məlumatlılığını artırmaqdır. Düşərgəni uğurla başa vuran gənclər baş verə biləcək fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak şansı əldə edəcəklər. 
 
Sən də “Vətənin Müdafiəsinə Hazıram!” deyirsənsə, bizi izləməyə davam et!