we-neet-you-uzunmuddetli-multidisiplinar-layihe-proqrami-sizi-gozleyir--

"We NEET You" uzunmüddətli multidisiplinar layihə proqramı sizi gözləyir!

"We NEET You " uzunmüddətli multidisiplinar layihə proqramı sizi gözləyir!

Layihə müxtəlif şərait və sosial təbəqələrdən olan gənclərin icma olaraq birgə öyrənmək və öyrətməklə yanaşı layihənin müddəti bitdikdən sonra belə əldə etdikləri bilik və bacarıqları kənar dəstəyə ehtiyac olmadan yerli imkanların reallaşması və ehtiyaclarının qarşılanması istiqamətində inteqrasiya etmələrinə dəstək olmaq üçün kolleborativ laboratoriyadır.

BU PROQRAM:

  •  Gənclərin ideyalarının formalaşdırmaq;
  •  Yeni bilik və bacarıqlar öyrətmək;
  •  Sosial və iqtisadi səlahiyyətlərinizi artırmaq;
  •  Karyera planlaşıdırılmasına dəstək vermək məqsədi daşıyır.

METODOLOGİYA:

Layihə daxilində komanda vasitəsilə tətbiq olunan “qeyri-formal təhsil” metodologiyasından istifadə olunacaq. Seçilən iştirakçılar qarşılaşdıqları maneələri aradan qaldırmaq üçün birlikdə işləyərək, mövcud bilik və təcrübələrini bölüşməklə yanaşı öz təşşəbbüslərinin təkmilləşdirilməsi üçün proqram müddətində rahat şəraitdə inkişaf etdirə biləcəklər.

KİMLƏR QOŞULA BİLƏR?

● 18-25 yaş arası (istisnalar mümkündür) hər kəs- ( istənilən regionda yaşayan şəxslər),

● Marjinal (iqtisadi, sosial və mədəni ölçülər üzrə qeyri-bərabər güc münasibətlərinə görə ayrı-seçkilik və təcrid ilə üzləşən qruplar və icmalar) qrupa özünü aid hiss edən hər kəs),

● Proqramda 6 ay tam şəkildə iştirak edəcək şəxslər qoşula bilər.

İlk tanışlıq görüşü 19 və 20 yanvar tarixlərində Bakıda keçiriləcəkdir.

Əgər siz də bizim komandanın bir parçası olmaq istəyirsənizsə, qeydiyyat formunu doldura bilərsiniz.

İştirak tam ödənişsizdir və istənilən regionda yaşayan hər bir şəxs müraciət edə bilər. Layihə müddətində müəyyən edilən xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Layihə Avropa Kommisiyasının “Avropa İttifaqı Gənclər üçün” (#EU4Youth) proqramı çərçivəsində həyata keçirilir.

Qeydiyyat

Son Müraciət : 10.01.2021

Qeydiyyatdan keçdiyiniz təqdirdə sizinlə qısa zaman ərzində əlaqə saxlanılacaq.