"Women Online" layihəsinə qeydiyyat başladı!
Əgər sənin də şəxsi biznesin varsa və onu rəqəmsal platformalarda inkişaf etdirmək istəyirsənsə, o zaman bu xəbər tam sənin üçündür!
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Women Online" layihəsinə qeydiyyat başlamışdır. Düşərgəyə 18-29 yaş arası gǝnc sahibkar qadın və qızlar müraciət edə bilərlər.
Bu layihədə siz,
- Rəqəmsal marketing
-Şəxsi brending
- Biznesin rəqəmsallaşdırılması
-Sosial Media Marketinqi
və bir çox mövzularda təlim və vörksoplarda iştirak edə, öz şəxsi biznesinizi sosial mediada gücləndirmək üçün biliklərə yiyələnə bilərsiniz.
Bakı şəhəri
25-26-27 Fevral 2023-cü il
Daha ətraflı məlumat almaq üçün aşağıda yazılan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
(+994 50) 586 38 23