xan-lenkeran-pfk-loqotip-musabiqesini-elan-edir--

"Xan Lənkəran" PFK loqotip müsabiqəsini elan edir!

"Xan Lənkəran" PFK 2021-ci ildə təsis olunub. Klub hazırda Lənkəran şəhərini Region Liqasında təmsil edir.

Müsabiqə şərtləri:

- Müsabiqəyə yalnız indiyə qədər heç yerdə istifadə edilməyən dizayn nümunələri təqdim olunmalıdır.

- Bir iştirakçı müsabiqəyə bir neçə dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub (imeyl) şəklində göndərilməlidir.

- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.

- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 100 sözdən artıq olmayaraq verilməlidir.

- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir.

- Loqotip istənilən ölçüyə uyğun böyüdüldükdə və ya kiçildikdə həqiqi ölçüsünü itirməməlidir.

- Loqotip ancaq Adobe Illustrator, CorelDraw, Adobe Photoshop proqramlarının vasitəsilə hazırlanmalıdır.

- Loqotipdə mütləq ağ və yaşıl rənglərdən istifadə edilməlidir.

Müsabiqə üçün hazırlanan loqotip nümunələri 21.12.2021 tarixinə qədər [email protected] elektron poçtuna göndərilməlidir.

Əlaqə: +994(50) 984-22-77

Mükafat: 500 AZN