XI könüllük proqramına qeydiyyat başladı!
Səbrsizliklə gözlədiyiniz XI könüllük proqramına qeydiyyat başladı.
Yaz fəslini könüllülüklə, könül verərək qarşılayaq XI Könüllülük proqramında sizləri nələr gözləyir?
- Peşəkar və uğurlu komandanın bir parçası olmaq;
- Müqaviləli əsaslarla səmərəli könüllülük fəaliyyəti;
- Uğurlu karyera imkanı;
- Yerli və beynəlxalq layihələrdə iştirak imkanı;
- Şəxsi inkişaf və təcrübə;
- İntellektual və əyləncəli dostlar.
Şəxsi inkişaf və təcrübə istiqamətləri
-Layihələrin idarəedilməsi;
-İctimaiyyətlə əlaqələr;
-Sosial Media Menecerlik;
-Gənclərlə iş;
-Təlimçilik bacarıqları;
-Psixologiya.
Qeyd: Könüllülük fəaliyyəti müqaviləli əsaslarla aparılır. Könüllülük proqramının sonunda xasiyyətnamə və sertifikat verilir.
Qeyd: Yaş limiti - 16-29
Son müraciət tarixi:15 Mart
Əlavə suallarınız yarandığı təqdirdə aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Sabunçu Gənclər Evi
(050) 855 07 00