xosbextlik-haqqinda-arasdirmalar-eden-bir-alimin-fikrine-esasen-heyatda-ve-isde-ozunuzu-daha-balansli-hiss-etmeye-komek-olacaq-3-kitab

“Xoşbəxtlik” haqqında araşdırmalar edən bir alimin fikrinə əsasən həyatda və işdə özünüzü daha balanslı hiss etməyə kömək olacaq 3 kitab

“Kitablar dünyaya açılan pəncərədir”

     Bu ifadənı bir çoxunuz eşitmiş olarsınız, çünki kitablar zehnimizin yeni həyata və reallıqlara açılan pəncərəsidir.

İş mühitində sağlam və balanslı həyat mentoru professor Kortni Alston-a görə, oxumaq zehni və fiziki inkişafda başlıca rol oynayır və bu insanlara iş mühitində ola biləcəyinin ən yaxşısı olmasında kömək edir. Xanım Alston “İstehlak və Biznes Xəbərləri” kanalında paylaşımında belə deyir: “Kitablar insanların mənən çiçəklənməsində həqiqətən kömək edə biləcək mənbələrə sahibdir”. Və əlavə edir ki: “Kitablar insanları cəsarətləndirir ki, nikbin bir fərd olsunlar və bu zaman onlar insanlara xoşbəxtliyin dəyərini və təsirini başa düşmələrinə xidmət etmiş olur”.
İnsanların mental sağlamlıqlarını və rifahlarını inkişaf etdirmələri xüsusilə bugünki dünyamızda inflyasiyadan tutmuş “meymun çicəyi” və “covid” epidemiyalarına qədər dərin stress yaradan amillərin aktiv olduğu bir zamanda çox vacibdir.

Alstona görə, oxuma siyahımızda ən başa əlavə edilməli 3 kitab var ki, bizlər bu kitabları özünü inkişaf proqramı olaraq oxuyub həyatımıza qata bilərik:

         1. Müəllif Sonya Lyubomirski tərəfindən yazılmış “Öyrənilə bilən Xoşbəxtlik ilə istədiyimiz həyata yeni bir addım” (‘The How of Happiness: A New Approach to Getting the Life You Want’  - kitabın orijinal adı)

Əgər siz özünüzə bunun kimi suallar verirsinizsə - “Xoşbəxtliyin əsl anlamı nədir?”, “Xoşbəxtliyi həyatımda balanslı və axarlı necə idarə edə bilərəm?”, o zaman bu kitab mütləq sizə faydalı olacaq.

“Öyrənilə bilən Xoşbəxtlik” kitabı xoşbəxtliyin nə olduğunu, necə həyatımızda var ola biləcəyini və həyatda necə rifah dolu qala biləcəyini anlamaq və tədbiq etmək üçün bir bələdçi kimidir. Professor və sosial psixoloq Lyubomirski iki həmkarı ilə birgə xoşbəxtliyin faydalarını tapmaq üçün 225 tədqiqatdan ibarət “meta analiz” həyata keçirmişdir. Tədqiqatın nəticəsinə görə, onlar bu qərara gəlir ki, “xoşbəxt insanlar işdə daha məhsuldar olurlar, daha çox pul qazanırlar və daha çox sosial-əlaqəli çevrələri olur, əlavə olaraq güclü immun sisteminə və stresə davamlı bir orqanizmə sahib olurlar”.
Bu kitab xoşbəxtliyin elmi yolla açıqlamasını, genetikanın, həyat şəraitinin, özünü və məqsədlərini bilən insanın mental olaraq daha sağlam və balanslı həyatında necə rol oynadığını detallarla başa salır.

        2. Müəllif Kristin Nef tərəfindən qələmə alınmış “Dərin özünə şəfqət: Qadınlar səsini eşitdirmək, sahib olduqları güc və inkişaf üçün xeyirxahlıq göstərməkdən necə istifadə etməli?” (‘Fierce Self-Compassion: How Women Can Harness Kindness To Speak Up, Claim Their Power, and Thrive - kitabın orjinal adı)

Özünə şəfqət, xeyirxahlıq və qayğı göstərmək üçün vacib olduğu qədər həmçinin, başqalarının sizə necə rəftar etmə istəyinizi önə çəkir.

Cəmiyyətin cinsi ayrıseçkilik normaları qadınları daha yumşaq və mülayim olmağa məcbur etdiyi halda, müəllif bu kitabda qadınları iş yerindən tutmuş şəxsi münasibətlərə qədər bir çox şəraitdə güclü və özünü motivasiya etməyə cəsarətləndirir. Başlıca olaraq isə, Nef bu kitabı ilə öz təcrübə və illərə arxalanan araşdırmalarından istifadə etməklə qadınların daha uğurlu həyat sürməsinə kömək etməyi hədəfləyir.

       3. “Bir zənglə işini yarat - Seçdiyimiz peşənin həyatımızdakı rolu” adlı kitabın müəllifləri professor Brayan Dik və Ryan Dufi (‘Make Your Job A Calling: How the Psychology of Vocation Can Change Your Life at Work’ - kitabın orjinal adı)

Bu o deməkdir ki, rəqəmsal dünyada insanlar davamlı olaraq həyatlarının və işlərini əsas məqamlarını sosial media hesablarında paylaşırlar. Və təbii olaraq, öz işində xoşbəxt olmayan bir kəs başqasının iş həyatından necə məmnun olduğunu görüb daha da ruhdan düşə bilir ki, əslində bu belə olmamalıdır.

Beləliklə, yuxarıda qeyd edilən 3 kitab xoşbəxtliyi əldə etməyinizə kömək edəcək faydalı məsləhətlər toplusudur. Bu kitablarda bir çox suallarınıza cavab tapa bilər və nail olmaq istədiyiniz "xoşbəxtlik" məfhumunun nə və ya nələr olduğunu analiz edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, elmi araşdırmalar və xüsusi təlimatlarla ərsəyə gələn hər bir kitab iş yerində və həyatda əsl xoşbəxtliyə aparan yol xəritəsidir.