xviii-hesabat---secki-qurultayi-kecirilecek--

XVIII Hesabat - Seçki Qurultayı keçiriləcək

Hörmətli gənclər təşkilatlarının rəhbərlər və nümayəndələri, 

Sizləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 23 noyabr 2021-ci il tarixində keçiriləcək XVIII Hesabat - Seçki  Qurultayında iştirak etmək üçün qeydiyyatdan keçməyə çağırırıq. 

      Qeyd edək ki, Qurultayda Milli Şuranın seçkili orqanlarına (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilərin keçirilməsi, eyni zamanda ARGTMŞ-ın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabatın verilməsi məqsədi ilə həyata keçiriləcək.

      ARGTMŞ seçkili orqanlarında aşağıda göstərilən vəzifələr üzrə seçkilərin keçirilməsi nəzərdə tutulub:

Sədr - 1 nəfər

Sədr müavini - 2 nəfər

Büro üzvləri - 7 nəfər

MNTK üzvləri - 5 nəfər 

        Namizəd irəli sürən üzv təşkilatlar üçün tələb olunan sənəd formaları: 

  1. Namizədi irəli sürən üzv təşkilat tərəfindən təstiq edilmiş ərizə forması;
  2. Namizədin müraciət məktubu;
  3. Namizədin fəaliyyət planı və ya platforması (sədr və sədr müavinliyinə müraciət edən namizədlər üçün)
  4. Tərcümeyi-hal
  5. Kadrlar uçotunun şəxsi vəsiqəsi;
  6. 3x4 ölçüdə 1 ədəd fotoşəkil;
  7. Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin sürəti.

Qeyd olunan sənədlər toplusunu bioda yerləşdirilən linkə əlavə etməyiniz xahiş olunur.

         Hesabat-Seçki Qurultayında iştirak edəcəyinizi təsdiq etmək məqsədilə 22 noyabr 2021-ci il, saat 18:00-dək aşağıda yerləşdirilən qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçməyiniz xahiş olunur. Hər bir təşkilat sədri ilə yanaşı təşkilatın daha bir gənc nümayəndəsinin iştirakı arzuolunandır.

Təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə, təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə təsdiqlənməlidir. Vəkalətnamə 22 noyabr 2021-ci il 18:00-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir.

Qeyd 1: Təşkilatın adından vəkalətnamə verilən şəxslər qeydiyyatdan keçməlidir.
Qeyd 2: Qurultayın onlayn və oflayn şəkildə (hibrid formatda) keçirilməsi nəzərdə tutulmuşdur.

Qeydiyyat üçün son tarix: 22 noyabr 2021-ci il, 18:00-dək
Tədbirin tarixi: 23 noyabr 2021-ci il saat 15:00

 Məkan: Azərbyacan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası