yaponiyanin-azerbaycandaki-sefirliynin-ve-yaponiyanin-aparici-xeyriyye-teskilati--the-nippon-foundationin-desteyi-ile-bakida-true-colors-festivalina-start-verilib--

Yaponiyanın Azərbaycandakı səfirliynin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı “The Nippon Foundation”in dəstəyi ilə Bakıda “True Colors Festival”ına start verilib

İyunun 24-də Milli Abilimpiya Federasiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliynin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı  “The Nippon Foundation”in dəstəyi ilə Bakıda “True Colors Festival”ına start verilib.

Layihə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub. 

Dünyanın müxtəlif ölkələrində “Bir dünya, bir ailə” şüarı ilə  təşkil edilən "True Colors Festival”ı
fiziki məhdudiyyətli insanların öz bacarıqlarını göstərmələri üçün platformadır.

İki gün davam edəcək festivalı Bakı Dənizkənarı Milli Parkda saat 21:00-23:00-da keçirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas məqsədi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişafının və cəmiyyətə tanıdılmasının dəstəklənməsidir.

Mərkəzdə bu qrupdan olan şəxslərə müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir, onların hər birinin yaradıcılıq potensialının üzə çıxarılması üçün lazımi  şərait mövcuddur. Mərkəz əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması və  cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl müxtəlif layihələr reallaşdırır. 

Qısa müddətdə Mərkəz  istedadlı insanların yaradıcılıq emalatxanasına çevrilib. Benefisiarların əl işləri bir çox sərgilərdə təqdim edilib.

"True Colors Festival”a fiziki məhdudiyyətli insanlarla yanaşı, peşəkar müğənni, aktyor və rəqqaslar da cəlb edilib. Festivalda hər iki xalqın mədəniyyət və incəsənət nümunələri təqdim olunur. Layihə çərçivəsində Yaponiya-Azərbaycan dostluğunu tərənnüm edən filmin, Azərbaycan paralimpiyasının uğurlarını əks etdirən videoçarxın nümayişi, Afrika qitəsindən Siera Leonda yaşayan görmə məhdudiyyətli uşaqların tədbirə onlayn qoşulması, Dövlət Gənc Tamaşaçılar və “ƏSA” teatrlarının aktyorlarının ifasında səhnələr göstərilməsi, Azərbaycan musiqisi, həmçinin dünya xalqlarının yaradıcılığından nümunələrinin təqdim edilməsi də nəzərdə tutulub.