yaradiciligin-danissin-layihesine-qeydiyyat-basladi--

“Yaradıcılığın danışsın” layihəsinə qeydiyyat başladı!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "İdeyanı reallaşdır 2022" gənclərin fərdi qrant müsabiqəsində qalib olan "Yaradıcılığın danışsın" layihəsinə qeydiyyat başlamışdır.

 Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçiriləcək layihə gənclərin ideyalarını, əl işlərini yaradıcılıqlarını biznes formasına salıb satış edə bilmələri üçün təməl marifləndirmə təlimlərindən ibarət olacaqdır.

 Layihə zaman qeydiyyat bitdikdən sonra seçilmiş 50 gəncə marketing, veb platformalarda satış, sosial mediada satış, dizayn bacarıqları təlimləri keçiləcəkdir.

Son qeydiyyat tarixi: 14 Mart 18:00