yarat-freestyle-2022-layihesi--

"YARAT Freestyle 2022" layihəsi

YARAT Müasir İncəsənət Məkanı, bütün yaradıcı insanları, "YARAT Freestyle 2022" layihəsində iştirak etmək üçün müraciət etməyə dəvət edirik! 

Biz, hal-hazırda Azərbaycanda yaşayan  xarici yaradıcı insanları salamlayırıq. Biz, müxtəlif yaradıcı qrupların üzvlərini və aktyorlar, rəqqaslar, musiqiçilər, yazıçılar, rəssamlar kimi incəsənətdə maraqlı olan insanlar axtarırıq. İndiyə qədər, biz, layihə çərçivəsində çoxsaylı festivallar, tamaşalar, ustad dərsləri və film nümayişləri keçirmişik və keçirməyə davam edirik.

Biz nə təqdim edirik: 

  • Rahat zal və səhnə
  • Səs avadanlıqları və proyektor 
  • Peşəkar işıqlandırma sistemi 
  • AV üzrə texniki dəstək 
  • PR dəstəyi (yerli telekanallar, jurnallar, onlayn platformalar, sosial şəbəkələr və s. ) 
  • Yeni auditoriya və peşəkar baxışlar 

Yarat Freestyle çərçivəsində keçirilən tədbirlər ÖDƏNİŞSİZ və ictimaiyyət üçün açıqdır. 

Müraciət üçün portfolio, CV (rezüme) və linkə keçid edərək, təklif formasını doldurmağınız tələb oliunur 

Ərizələrin qəbulu üçün son tarix:       15 MAY 2022