yasil-sohbet-adli-xeyriyye-meqsedli-conversation-turu-teskil-edilir--

Yaşıl söhbət” adlı xeyriyyə məqsədli conversation turu təşkil edilir

Bright Academy 27 İyun tarixində Lənkəran şəhərinə “Yaşıl söhbət” adlı xeyriyyə məqsədli conversation turu təşkil edir!

“Yaşıl söhbət” müvəqqəti də olsa, sizi  şəhərin milli səs-küyündən uzaqlaşdıracaq.

Bu yol sizi İngiliscə danışmağa vadar edəcək.

Bright academy bu dəfə ənənəvi dərslərlə yox, səyyar şəkildə sizi danışdıracaq.

Bu turda siz yalnız ingiliscə danışaraq yol gedəcək, Lənkəran şəhərinin ən maraqlı yerlərindən olan Xanbulan gölünün kənarında piknik edərək ‘conversation club’larımıza və viktorinalarımıza qoşulacaqsınız.

“Yaşıl söhbət”ə qoşulmaqla siz həm İngilis dilində nitqinizi inkişaf etdirəcək, həm əylənib istirahət edəcək, həm də sahibsiz balaca dostlarımıza yardım etməkdə birbaşa vasitəçi olacaqsınız.

Turun qiyməti 24 AZN təşkil edir. 

Qiymətə daxildir
-  Səhər yeməyi
-  Bakı-Lənkəran-Bakı daşınma xidməti
-  Fotosessiya
-  Müxtəlif oyunlar

Qeyd edək ki, gələn gəlirin bütün hissəsi sahibsiz heyvanlar üçün istifadə olunacaq.

Bright Academy bir neçə dəfə sahibsiz heyvanlara dəstək aksiyası təşkil etmişdir.

Tərəfdaşlar: Animal Care Club, Onları Sən Qoru

(Biletləri +994708018141 nömrəsi ilə əlaqə saxlayaraq və ya linkə daxil olub qeydiyyatdan keçərək əldə edə bilərsiniz.)