yay-fest-heyecani-baslasin--

Yay Fest həyəcanı başlasın!

Azərbaycanın ən böyük gənclər festivalı bu dəfə daha fərqli, daha rəngarəng, daha böyük və daha möhtəşəm formatda sizin üçün gəlir!

2 ay ərzində hər biri 5 gün olmaqla 8 fərqli mövzuda 8 fərqli düşərgə təşkil olunacaq. Ümumilikdə 2 min gənc festivalda əylənəcək, öyrənəcək, yeni dostluqlar quracaq və yayın ən möhtəşəm gənclər hadisəsinin bir hissəsi olacaq!

Hər bir gənc yalnız 1 düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən qeyd olunan tarixlər və mövzulara müvafiq olaraq sizə uyğun düşərgəni seçməyiniz gözlənilir.

Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət alacaqdır.

QEYD: Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 2 doza olmaqla) və ya yararlı immunitet sertifikatı mütləqdir.

Şamaxıda keçiriləcək Festivalda iştirak hüququ qazanan gənclər yaşayış çadırlarında qalacaqlar.

Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcəkdir.

Qeydiyyat http://yayfest.az/  veb-səhifəsi və ya GencApp mobil tətbiqi vasitəsi ilə həyata keçirilir.

Son müraciət tarixi: 16 iyul saat 23:59