yeni-ixtisasa-yiyelenmek-ucun--gec-deyil

Yeni ixtisasa yiyələnmək üçün gec deyil

          Ölkə reallığına görə məzunların əksəriyyəti işə müraciət mərhələsində tam fərqli istiqamət seçir və ya bir müddət işlədikdən sonra ixtisas aldıqları sahəni dəyişmək istəyirlər. Lakin hər kəs üçün bu deyildiyi kimi asan başa gəlmir. Bəziləri üçün yeni sahəyə addım atmaq, peşəyə yiyələnmək və o istiqamətdə ixtisaslaşmaq xeyli enerji, zaman və resurs tələb edir. 
Peşəni dəyişdirmək üçün ilk məsləhətimiz, artıq malik olduğun bacarıqları anlamaqdır. Bu, yeni bir işə daha tez öyrəşməyə və yeni rolda uğurlu olmağa kömək edə bilər. Peşəni dəyişdirməyinin bir neçə səbəbi ola bilər, ikisinə nəzər salaq:
1. Sən təhsilinlə bağlı çətinliklərlə üzləşirsən, məsələn, təhsil aldığın ixtisas ilə bağlı irəliləyiş görmürsən;
2. Karyeran və yaxud iş şəraitin haqqında düşüncələrin dəyişdi. Məsələn, sən əvvəlcə mühasibat uçotunda imkanlara hazırlaşmaq barədə düşünmüsən, lakin bu günün reallığında əmək işəgötürənin daha çox data analitikası, agile idarəçilik və ya insan resursları mütəxəssisinə daha çox ehtiyacı var və s

Gələcəkdə tutmaq istədiyin rol haqqında dəqiq təsəvvürün ola bilər və ya sadəcə olaraq yeni bir işə başlamaq istədiyini düşünürsən. Əgər belədirsə, bir neçə amili nəzərə almalısan:
•    İndiki və ya əvvəlki vəzifən ilə bağlı nəyi bəyəndiyini və/bəyənmədiyini müəyyənləşdir. Beləcə gələcəkdə ən çox uyğunlaşacağın iş növünü müəyyən etməyə kömək edər;
•    İş həyatını daha zövqlü edəcək vəzifələr haqqında düşün. Yəni sevdiyin, həvəslə etdiyin işləri xatırla, qeydə al, araşdır;
•    Gündəlik olaraq etmək istədiyin fəaliyyət növlərini nəzərdən keçirt. Gələk karyeran üçün fayda verəcək, məqsədlərinə aparacaq istiqaməti müəyyənləşdir. 

Peşəni dəyişdirmək əhəmiyyətli bir öhdəlikdir, ona görə də daha qısamüddətli imkanlarla yanaşı, uzunmüddətli faydaları da nəzərdən keçirməyin vacibdir. Daha sonra müxtəlif şirkət vebsaytlarına və tələb olunan bacarıq və keyfiyyətlərə baxaraq, orada olan müxtəlif imkanları araşdırmağa başlaya bilərsən. Məsələn, dizayn sahəsi ilə maraqlanırsan və bu sahədə ixtisaslaşmaq qərarına gəldin. Hazırda əmək bazarının bu sahədən tələbləri nədir? Bu günün dizayneri hansı funksional və texniki bilik və bacarıqlara sahib olmalıdır? Bu istiqamətdə araşdırmalar, həm sahəni anlamağa, həmçinin real qiymətləndirməyə gətirib, çıxardacaq. Maraqlandığın konkret sənayeni təyin etmisənsə, mövcud müxtəlif rollara və inkişaf yollarına nəzər salmaq məqsədəuyğun ola bilər. Bu nöqtədə yeni roluna gətirə biləcəyin bacarıqlar haqqında düşünməyə başlamaq da vacibdir. Bu, tam dəyişiklikdən daha çox yeni bir departamentə və ya sənayeyə yan addımla dəyişikliyi daha az kəskin etməyə kömək edə bilər.
Karyera dəyişdirərkən, əvvəlki rolunda vaxt itirdiyini hiss etməmək çox vaxt çətin ola bilər. Bununla belə, təcrübə və sənaye bilikləri həmişə yüksək qiymətləndirilir. İşəgötürənlər yaxşı balanslaşdırılmış, bilikli şəxslər axtarırlar, ona görə də praktiki biliklərini formal ixtisasla birləşdirmək sənə əmək bazarında fərqlənməyə kömək edəcək. Yeni karyera gözləntilərinlə də realist olmalısan.  Dəyişiklik axtarırsansa, lakin aşağıdan yeni bir karyera nərdivanına qalxmaq vəziyyətində deyilsənsə, güzəştə getməyi düşün. Mövcud sektorunla xəyalındakı rol arasında bir mövqe tutmağa çalış. Bu sənə çalışdığın maliyyə sabitliyi və səlahiyyət verəcək, eyni zamanda yeni rolunda böyümək üçün yer verəcək. Bu, sənə daha sonra istədiyin sahəyə keçmək potensialını verir. Karyera dəyişdirmək yeni bir fəsil deyil, bir səyahət ola bilər. 
Dəyişiklik etməzdən əvvəl ixtisasını niyə dəyişmək istədiyini düşünmək vacib olardı. Məsələn, karyera ideyaların dəyişdiyi üçün ixtisasını dəyişməyi düşünürsən, yoxsa öz peşəndə düşündüyün qədər sürətlə irəliləmədiyin üçün dəyişmək istəyirsən? Növbəti seçimlərini diqqətlə nəzərdən keçirmək üçün mövcud vəziyyətini düşünməyə vaxt ayırmalısan.

Aşağıdakı sualları özündən soruşsan qərarını asanlıqla verə biləcəksən :
•    Peşəni niyə dəyişmək istəyirsən?
•    Hazırkı peşəni hansı peşəyə dəyişdirmək istəyirsən?
•    Növbəti addımların hansılardır?
•    Nəyə ümid edirsən (işlərin dəyişdiyini necə görürsən)?
•    Mövcud ixtisasın və ya təcrübənlə bağlı sənin üçün çətin olan nədir? Bu çətinliklərin öhdəsindən necə gələ biləcəyini düşünmüsənmi? Hansı dəstəyə ehtiyacın var?
•    Hazırkı peşəni dəyişdirmək üçün hansı addımları atmaq lazımdır ?

İlk addımın sənin üçün mövcud olan müxtəlif variantları araşdırmaq olacaq. 
İkincisi, kimin dəstəyinə ehtiyacın olduğunu müəyyənləşdirməlisən. Digər imkanları müəyyən etmək üçün mövcud peşəkar şəbəkəndən necə istifadə edə biləcəyini düşün.
Karyera dəyişikliyi həyatmıza dramatik təsir göstərə bilər. Orta hesabla insanlar həyatı boyu karyeralarını üç ilə yeddi dəfə dəyişirlər. Sənaye və rolun dəyişdirilməsi yeni biliklər və praktiki bacarıqlar əldə etmək istəyi ilə birlikdə heç də kiçik bir fədakarlıq tələb etmir. Lakin iş həyatımızda bu qədər mühüm rol oynadığından həm mükafatlandıran, həm də yerinə yetirən bir rolu davam etdirmək vacibdir.
Önəmli olan seçimin səndə olduğunu unutmamaq və sənə zövq verən sahədə olmaqdır!