yeni-men-ve-ya-ozune-kenardan-baxis--

“Yeni “Mən” və ya özünə kənardan baxış”

18-21 yanvar tarixlərində saat 15:00-dan 18:00- a qədər “Yeni “Mən” və ya özünə kənardan baxış” başlığı altında təlim keçiriləcək. 4 günlük təlim proqramı çərçivəsində özümüzü nə dərəcədə tanıdığımız, ətrafdakılar haqqında özümüzdən daha çox məlumatlı olmağımız ətraflı müzakirə ediləcək.Təlim boyu boylanıb özümüzə kənardan baxma şansı əldə edəcəyik.
Başımıza gələn olaylarda, seçdiyimiz uğursuz partnyorlarda, başqalarının bizə münasibətində öz rolumuzu sezəcəyik.Azərbaycanda qadınlara qarşı xoşagəlməz yanaşmaların psixoloji səbəbləri barədə fikir mübadiləsinə girəcəyik. Karpman üçbucağı, qurban psixologiyası nədir – sualları ətrafında danışacayıq.

Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlimə yalnız canlı qoşulan iştirakçılar sertifikat ilə təltif olunacaq.

Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.

Əlaqə telefonu: +994556466986
Qeydiyyat linki

Təlimçi haqqında: Orxan Adıgözəl -. İqtisad Universitetini bitirib.Hazırda publisistika və yazıçılıqla məşğuldur. İnkluziya üzrə ixtisaslaşıb. Bu sahə üzrə təqaüd proqramı çərçivəsində təhsil alıb və işləyib. Psixologiya tədris kursunu keçib. İnkluziv teatrda aktyor və direktor kimi işləyib. Ssenari yay məktəbinin məzunudur. İnkluziya və yaradıcı sahə üzrə təlimlər keçir