Yeni təhsil ilində peşə təmayüllü siniflərin ölkə üzrə sayı açıqlandı
2021-2022-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib. Siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb.
Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin, yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilməsi nəzərdə tutulub.